“Finiks” müdafiəçisi ilə vidalaşdı

“Finiks” müdafiəçisi ilə vidalaşdı


NBA-da çıxış edən “Finiks” klubu müdafiəçisi Tayşon Aleksanderi heyətdən kənarlaşdırıb. 23 yaşlı basketbolçu bunadək ikitərəfli müqavilə əsasında komandada çıxış edirdi. Aleksander ötən mövsümdə əsas komandada 15 oyun keçirib. Onunla vidalaşan “Finiks”də ikitərəfli müqavilə üçün daha bir yer boş qalıb. Klub belə anlaşma ilə heyətə iki basketbolçu cəlb etmək hüququna malikdir.

ETOPAZ

Əvvəlki yazı

“Milan”da 2 illik icarə

Növbəti yazı

Avropa Liqasında mövsümün ən yaxşısı açıqlandı