“Milan”da 2 illik icarə

“Milan”da 2 illik icarə


İngiltərənin “Çelsi” klubunun futbolçusu Teemu Bakayoko yenidən İtaliyada çıxış edəcək. 27 yaşlı yarımmüdafiəçi “Milan”a icarəyə verilir. O, növbəti iki ildə A seriyası təmsilçisində oynayacaq. Milanlılar sonradan oyunçunu 15 milyon avroya transfer etmək hüququ da qazanacaq.
“Çelsi” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatan Bakayoko 2018/19 mövsümündə də “Milan”da icarədə olub. Fransalı həmin vaxt 42 oyunda 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”dan “Tottenhem”ə

Növbəti yazı

Ən yaşlı titul sahibi karyerasını bitirdi