Avropa Liqasında mövsümün ən yaxşısı açıqlandı

Avropa Liqasında mövsümün ən yaxşısı açıqlandı


UEFA Avropa Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu açıqlayıb. Bu mükafatın sahibi 2021/22 mövsümünün qrup mərhələsinin püşkatması zamanı elan edilib. Ən yaxşı adına Xerard Moreno (İspaniya, “Vilyarreal”) layiq görülüb. O, digər namizədlər Edinson Kavani (Uruqvay, “Mançester Yunayted”) və Bruno Fernandesi (Portuqaliya, “Mançester Yunayted”) qabaqlayıb.
Avqustun 26-da keçirilən Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı Avropada mövsümün ən yaxşı oyunçusu mükafatına İtaliya millisi və “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo layiq görülüb.

ETOPAZ

Əvvəlki yazı

“Finiks” müdafiəçisi ilə vidalaşdı

Növbəti yazı

Konfrans Liqasında qrup mərhələsinin püşkü atıldı