“Bavariya”da yeni müqavilə

“Bavariya”da yeni müqavilə

“Bavariya” “Telekom” şirkəti ilə əməkdaşlıq müqaviləsini yeniləyib. Tərəflər sözləşmənin 2027-ci ilə qədər uzadıldığını açıqlayıb.

Almaniya çempionu ilə Avropanın ən böyük telekommunikasiya şirkəti 20 ildir əməkdaşlıq edir. Əvvəllər Bundesliqa təmsilçisi sponsorundan ildə 45 milyon avro alırdı. İndi isə illik ödənişin məbləği 50 milyona yüksəlib.

Münhen təmsilçisi növbəti 5 il ərzində 250 milyon avro qazanacaq. Bu da Bundesliqada ən böyük sponsorluq müqaviləsidir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.08.2022

Növbəti yazı

“Barselona”da növbəti ayrılıq