Sürpriz kupon – 16.08.2022
“Birmingem” – “Uotford” ALT 2,5
“Uotford” 3 turdan sonra 7 xalla 2-3-cü yerləri bölüşür. “Birmingem”in isə 3 oyunda 1 qələbə, 1 heç-heçə və bir məğlubiyyəti var.
Hər iki komandanın yeni mövsümdəkı qarşılaşmaları elə məhsuldar alınmır. “Birmingem” 3 matçda 2 top vurub, bir o qədər də buraxıb.
Bu komandalar arasında son oyunda “Uotford” Birmingem”in qapısından 3 cavabsız top keçirsə də, bu dəfə ALT 2,5 gözləyirəm.
“Börnli” – “Hall Siti” QOL/QOL
Acun Ilıcalının prezident, Şota Arveladzenin baş məşqçi olduğu “Hall Siti” yeni mövsümə yaxşı başlayıb. “Hall” 3 oyundan sonra 7 xalla turnir cədvəlində 2-ci yeri tutur. Komanda son turda Oskar Estupinianın dublu ilə “Norviç”i 2:1 hesabı ilə məğlub edib.
“Börnli” isə son 2 oyunda qalib gələ bilmir.
“Norviç” – “Haddersfild” QOL/QOL
“Norviç” 3 turdan sonra 1 xal toplayaraq sonuncu 24-cü yerdədir. “Haddersfild”in 3 matçda 1 qələbə və iki məğlubiyyəti var.
Maraqlıdır ki, bu komandalar arasında son üç oyunda “Norviç” qalib gəlib. Amma son görüş yoxlama matçı olub. “Norviç” aşkar favorit sayılsa da, meydan sahiblərinin asanlıqla qalib gələcəyini güman etmirəm. Məncə, qol\qol daha risksiz variant ola bilər.