“Yuventus” Remsi ilə anlaşdı

“Yuventus” Remsi ilə anlaşdı

“Yuventus” futbolçusu Aaron Remsini komandadan görmək istəyir. Bu səbəbdən klub onun şərtlərini qəbul edib.

İtaliyalılar uelsli yarımmüdafiəçi ilə müqaviləyə xitam vermək üçün onun tələbi ilə razılaşmaq məcburiyyətində qalıb. Turinlilər bunun üçün futbolçuya 4 milyon avro ödəyəcək. 31 yaşlı böyük britaniyalı gələn il başa çatacaq anlaşmasının pozulması üçün məhz bu məbləği tələb edib. Klub rəhbərliyi ilik maaşı 7,3 milyon olan futbolçu ilə vidalaşmaq üçün şərti qəbul edib.

ETOPAZ

Əvvəlki yazı

Poçettinonun istefası yubanır

Növbəti yazı

Vitsel “Atletiko”da