Poçettinonun istefası yubanır

Poçettinonun istefası yubanır

PSJ-nin baş məşqçisi Maurisio Poçettinonun istefaya göndərilməsi maliyyə səbəblərinə görə yubanır. Argentinalı mütəxəssis bütün bonusları almaq istəyir.

Qovulacağı ilə bağlı çalışdırıcıya 18 gün əvvəl məlumat verilib. Hazırda Poçettinonun vəkili ilə klub arasında müqavilənin ləğvi barədə dialoq gedir. Paris klubu ona və dörd köməkçisinə müqavilə üzrə qalan bir ilin bütün maaş məbləğini ödəməyə hazırdır. Ancaq Fransa çempionu məşqçilərə klubda qalacaqları halda alacaqları 2 milyon avroluq mükafatı ödəmək niyyətində deyil.

Poçettino bu ayrılıqdan 15 milyon avro təzminat alacaq. Çünki müqaviləsi 2023-cü ilin yayına qədərdir. Mövsümöncəsi təlim-məşq toplanışına az vaxt qaldığından, PSJ çətin vəziyyətdə qalıb.

Parislilərin yeni baş məşqçisinin “Nitsa”nın çalışdırıcısı Kristof Qaltye olması gözlənilir. Çünki klublar hətta təzminatda da anlaşıblar. Ancaq Poçettino ayrılana qədər Qaltyenin təyinatı reallaşmayacaq.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 28.06.2022

Növbəti yazı

“Yuventus” Remsi ilə anlaşdı