Sürpriz kupon – 27.06.2022
Elfsborq – Varberqs – ALT2.5
İsveç çempionatında liderlərdən uzaq düşən “Elfsborq” və “Varberq” birincilərin meydanında qarşılaşır. Qonaqlar 10 oyunda qapılarında 15 qol izləyib. “Elfsborq” isə 10 oyunda 19 qol vurmaqla diqqəti cəlb edir. Fikrimcə “Elfsborq” rəqibin zəif heyətə malik olmasından istifadə edəcək.
Malmö – Helsinqborq – 1
Beşinci pillədə qərarlaşan “Malmö” gözlənilməz xallar itirməsəydi hazırda daha yüksək yerlər tuturdu. Olduqca zəif təsir bağışlayan “Helsinqborq” 11 oyuna qapısında 19 qol izləməklə autsayderə çevrilib. Statistikaya əsasən son beş dueldə “Malmö” qələbəyə sevinib.
Sirius – Göteborq – Q/Q
Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan klubların əksər göstəriciləri oxşardır. 10 oyun keçirən klubların qələbə, heç-heçə və məğlubiyyət sayı eynidir – 4-2-4. Son oyunlarda heç-heçə qeydə alındığından komandaların bir-birini yaxşı tanıdığını söyləmək olar. Bu matçda tərəflərin risk edəcəyini düşünmürəm.