Sürpriz kupon

Sürpriz kupon

Nant – Nitsa 2. Əmsal – 2,25.
“Nitsa” çempionatda qol buraxmayan yeganə komandadır. Qonaqların əsas hücumçularından biri Castin Klyuvert oyunu buraxacaq. Amma onsuz da  “Nitsa”nın hücum potensialı çox güclüdür. Təsadüfi deyil ki, “Nitsa” son iki oyunda rəqib qapılarından 8 top keçirib. Artıq 3 dəfə fərqlənən 20 yaşlı Amin Quri əla formadadır. Danimarka millisinin forvardı Kasper Dolberq də hücumu gücləndirə biləcək simalardandı.
“Nant” 4 oyuna yalnız 4 xal yığıb. Ötən mövsüm “Lil”i gözlənilmədən çempion edən Kristof Qaltye indi  “Nitsa” ilə zirvələrə yüksəlmək arzusundadır. Son iki oyunda “Nitsa” “Nant”dan üstün olub.  Məncə, bu dəfə də qələbə qonaqların tərəfində olacaq.
“Arsenal” (Tula) – ÇSKA X. Əmsal – 3,65
Ordu klubu sanki yenidən qurulur. Baş məşqçi postunda dəyişiklikdən sonra ÇSKA o qədər də inamlı təsir bağışlamır. Onlar bu mövsüm “Lokomotiv”, “Dinamo”, “Zenit” kimi əsas rəqiblərinə uduzublar. Rusiya millisinin heyətində Xorvatiya ilə oyunda zədələnən Mario Fernandes Tula səfərində komandasına kömək edə bilməyəcək.
“Arsenal” 6 oyundan sonra 4 xalla 15-ci yerdədir. “Arsenal” “ev komandası” imicinə malikdir. Dmitri Parfyonovun çalışdırdığı klub bu mövsüm öz meydanında “Spartak”dan da xal alıb. Odur ki, riskə gedib bu oyunun heç-heçəsini yazardım.
Ümumi əmsal – 8,21.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu

Növbəti yazı

Günün kuponu