Günün kuponu
“Lids”-“Liverpul” Q/Q
Meydan sahibləri ev oyunlarında çox fəal olur. Adətən ilk hissədə çoxlu sayda qol vəziyyəti yaradırlar. Son 5 oyunda meydanı qolsuz tərk etməyən “Lids”dən bu dəfə də qol gözləyirəm. O ki qaldı “Liverpul”a, mersisaydlılar həmişə olduğu kimi iddialıdı. Fikrimcə hər iki komanda meydanı qolsuz tərk etməyəcək.
“Milan”-“Latsio” Q/Q
Çox maraqlı mübarizə gözlənilir. Hər iki komanda maksimum nəticə göstərib. İlk turda xal itirməyən “Latsio” və “Milan” həm də məhsuldarlıqla seçilib. İki oyuna “Latsio” 9, “Milan” isə 5 qol vurub. Kimin qalib gələcəyini proqnozlaşdırmaq asan deyil. Məhz buna görə hər iki komandadan qol gözləyirəm.