Günün kuponu
Trabzonspor – Qalatasaray qol/qol. Əmsal – 1,60
Türkiyə Super Liqasında 4-cü turun mərkəzi oyunu Trabzonda keçiriləcək. Abdullah Avcının komandası 100 faizlik nəticə ilə “Fənərbaxça”yla 1-2-ci yerləri bölüşür. Meydan sahiblərində Jervinyo oyunu buraxırsa, “Qalatasaray”da Fequli və Markao meydana çıxmayacaq. Hər iki komanda bu mövsüm çempionatda çıxdıqları bütün oyunlarda qol vurublar. Bu komandalar arasında son 5 matçın yalnız 1-də qol/qol qeydə alınmayıb. Güman edirəm ki, çempionluğa oynayan klubların bu dəfəki qarşılaşmasında da hər iki tərəf fərqlənə biləcək.
Sampdoriya – İnter 2. Əmsal – 1,60
“İnter” Lukakau, Hakimi kimi futbolçuları və baş məşqçi Antonio Konteni itirsə də, A seriyasına 2 qələbə ilə başlayıb. “Sampdoriya” isə 2 oyuna 1 xal toplaya bilib. Genuya klubunun heyətində Kualyarella, Kandreva kimi ötənlərin tanınmış futbolçuları çıxış etsə də, əlbəttə, potensialına görə, bu, iki klubu müqayisə etmək olmaz. “İnter” üçün səfər oyunu heç də asan olmayacaq. Amma bununla belə Simeone İnzaginin komandasının 3 xal əldə edəcəyini düşünürəm.
Ümumi əmsal – 2,56.