Sürpriz kupon – 30.10.2022
“Köln” – “Hoffenhaym” – TAYM 2
“Köln” meydan sahibi olsa da, qonaqların qələbəsinə inanıram. Heyətdə çoxlu zədəli oyunçunun olması “Köln”ə bu matçda problem yarada bilər. 3 gün əvvəl Avroliqada “Slovaçko” ilə ağır oyun da bir tərəfdən təsirini göstərəcək. Və bir də ortada “dəmir” kimi statistika var: “Hoffenhaym” öz aralarındakı son 8 görüşün hamısında “Köln” ə qalib gəlib. “Ənənənin” bu dəfə də davam edəcəyini düşünürəm. Taym 2-nin əmsalı 2,65 məncə, dəyərləndirmək lazımdır. Qonaqların elə ilk hissədə hesabda irəli çıxacağını düşünürəm.
“Alkmaar” – “Volendam” – 2,5 ÜST
Ötən tur sensasion şəkildə “Ekselisior”a uduzan “Alkmaar” çempionatın ən zəif komandasına çətin ki, aman versin. 11 tura 21 qol vuran komanda qapısından eyni sayda oyunda 31 top buraxan rəqiblə qarşılaşırsa, 2,5 üstə rahat mərc etmək olar.
“Monako” – “Anje” – 2,5 ÜST
Avroliqa və Liqa-1 daxil “Monako” ardıcıl 4 oyundur qələbəyə həsrətdir. Çempionatın autsayderi tam zamanında “Knyazlıq klubu”nun qarşısına çıxıb. Bütün uğursuzluqların heyfini çıxmaq olar. Hələ. “Anje” də qol vursa, bu matçda azı 3-4 qol da görə bilərik.