UEFA-dan kompensasiya
Kristian Eriksen üçün UEFA “İnter”ə kompensasiya ödəyib. Avro-2020-də ürəyi dayanan yarımmüdafiəçi üçün İtaliya klubuna 3 milyon avro verilib.
Futbolçu həmin vaxt “İnter” komandasının üzvü olduğundan milanlılara maliyyə yardımı edilib.Yarımmüdafiəçi Danimarka millisinin heyətində belə vəziyyətlə üzləşib. Onun ürəyi Finlandiya ilə qarşılaşma zamanı dayanıb.
Qeyd edək ki, bir müddət fasilədən sonra Eriksen yenidən meydanlara qayıda bilib.