Günün kuponu – 30.10.2022

Günün kuponu – 30.10.2022

“Arsenal” – “Nottengem Forest” – 2,5 ÜST

Premyer liqanın son turunda “Sauthempton”la 1:1 oynayan “Arsenal” ardınca Avroliqada PSV-yə uduzdu (0:2). Fikrimcə, premyer liqanın lideri bu 2 matçdakı uğursuzluğun heyfini turnir cədvəlinin sonuncusu “Nottengem Forest”dən çıxacaq.

“Köln” – “Hoffenhaym” – 2,5 ÜST

Hər iki komanda məhsuldar oyun göstərir. “Hoffenhaym” 11 oyuna 17, “Köln” isə 19 qol vurub. Amma bu qədər matçda qapısında 22 top (orta hesabla hər oyuna 2 qol) görən “Köln”ün etibarsız müdafiə xəttini də nəzərə almaq lazımdır. Belə hücum və müdafiə ilə “Köln”ün istənilən oyununa 2,5 üst variantı uyğun gəlir.

“Real Madrid” – “Jirona” – 2,5 ÜST

“Real” “Jirona” görüşləri adətən məhsuldarlığı ilə seçilir. Benzema zədəli olsa da, “Kral Klubu”nda qol vuracaq yetərincə oyunçu var. Fikrimcə, bu matçda 2,5 üst variantına güvənmək olar.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Kodi klubunu dəyişə bilər

Növbəti yazı

Sürpriz kupon – 30.10.2022