Sürpriz kupon – 29.08.2023
“Qalatasaray” – “Mölde” İstənilən vaxt qol vuracaq: Mauro İkardi
“Qalatasaray”ın aşkar favorit olduğu oyunda komandanın qolunu və ya qollarını vuracaq futbolçu kim ola bilər? Təbii ki, ilk ağla gələn isim Mauro İkardidi. İlk matçda da fərqlənməyi bacaran argentinalı ulduzun bu dəfə də meydanı qolsuz tərk etməyəcəyini güman etmək olar.
“Panatinaikos” – “Braqa” 1
Portuqaıiyadakı qarşılaşmada son saniyələrdə vurduğu qolla növbəti mərhələ ümidini artıran yunanlar azarkeşləri önündə qələbə qazanmaq üçün var güclərini ortaya qoyacaq. Bir qədər riskli görünsə də, tribunaların da fantastik dəstəyi ilə meydan sahiblərinin məqsədlərinə çatmaq ehtimalının az olmadığını düşünürəm.
“Əl Əhli” – “Əl Tai” 1-ci hissə/oyun nəticəsi “Əl Əhli”
Çempionata 3 oyunda 3 qələbə ilə başlayan “Əl Əhli” start turlarında cəmi 1 qələbə qazana bilən ortabab “Əl Tai”ni qəbul edəcək. Riad Mahrez və Roberto Firminonun komandası doğma azarkeşlər önündə üstünlüklərini elə ilk hissədə sübut etməyə çalışacaq.