Günün kuponu – 29.08.2023
“Qalatasaray” – “Molde” 1
“Qalatasaray” rəqibindən hərtərəfli üstün komandadı. Bura fantastik azarkeş dəstəyini də əlavə etsək Okan Burukun yetirmələrinin qələbə qazanmama ehtimalının çox az olduğunu görərik.
“Yanq Boyz” – “Makkabi Hayfa” Mərhələni keçəcək: Yanq Boyz
İsveçrə təmsilçisi 13 oyundur uduzmur və bu matçlardan 9-nu qələbə ilə bitirib. “Makkabi Hayfa” isə 5 matçdır meydanı məğlub tərk etmir və bu görüşlərdən dördünü udub.
Rəqiblər arasında səviyyə fərqi var və öz meydanında qalib gələ bilməyən israillilər çətin ki, bu dəfə sensasiyaya imza atsınlar.
“Əl Nəsr” – “Əl Şəbab” Fora: “Əl Nəsr” (-1)
Kristiano Ronaldonun komandası uğursuz startdan sonra özünə gəlir.
Son turda “Əl Fateh” üzərində 5:0 hesablı qələbə komandada ruh yüksəkliyi yaradıb və azarkeşlər bu qarşılaşmada da Ronaldo, Mane və yoldaşlarından çoxlu qol gözləyir.