“Neftçi”dən növbəti transfer 

“Neftçi”dən növbəti transfer

“Neftçi” növbəti transferini həyata keçirib. Paraqvaylı yarımmüdafiəçi Dieqo Qabriel Valdez Samudio ilə 1+1 il şərtli müqavilə bağlanıb. 29 yaşlı futbolçu komandanın heyətində 6 nömrəli formanı geyinəcək.

Dieqo Valdez Paraqvayın “San Lorenzo” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay milli komandasının heyətində 1 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi, sol vinger Andre Şinyaşiki və hücumçu Aaron Olanare ilə anlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Zirə” 10-cu komanda oldu

Növbəti yazı

Günün kuponu – 29.08.2023