Günün kuponu – 29.04.2024
Barselona – Valensiya 1
İkinci pilləni geri qaytarmaq üçün “Barsa” evdə mütləq qələbə qazanmalıdı. Qonaqlara da 3 xal çox vacibdi. “Valensiya” qələbə qazanmaqla avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirəcək. Hər iki tərəfdə itkilər var. Bununla belə meydan sahiblərinin qələbə qazanacağını düşünürəm.
Cenoa – Kalyari 2X
Heç bir iddiası olmayan komandalar 34-cü turda üz-üzə gələcək. Qonaqlar son turlarda daha yaxşı təsir bağışlayır. Martın 16-dan etibarən uduzmayan “Kalyari” “Yuventus”, ”İnter” kimi iddialı klublarla heç-heçə oynayıb, “Atalanta”nı məğlub edib. Qonaqların uduzmayacağına inanıram.
Karagümrük – Antalyaspor ÜST2.5
Superliqanı tərk etməyə hazırlaşan meydan sahibləri son turlarda mümkün qədər çox xal toplamağa çalışır. Hər iki komanda məhsuldar oyunlarla diqqəti cəlb edir. Üstələik “Karagümrük” müdafiədə çoxlu problemləri həll etməkdə acizdi. Bu oyunda ÜST2.5 seçiminin doğrulması sürpriz olmayacaq.