Günün kuponu – 13.05.2024
Aston Villa – Liverpul Qol/Qol
İngiltərə Premyer Liqasında finişə 2 tur qalır. Artıq “mersisaydlılar” ən azı üçüncü pilləni təmin edib. Meydan sahibləri üçün əsas məqsəd dördüncü yeri qorumaqdıe. Əks halda “Tottenhem” onları aşağı endirə bilər. Son dörd matçda qələbəyə həsrət olan meydan sahiblərinin bu dəfə uduzmayacağını düşünürəm. Ona görə qol-qol seçimi daha real görünür.
Barselona – Real Sosyedad 1
“Katalonlar” mövsümün sürprizi, ikinci pillədə dayanan “Jirona”nı qabaqlamaq istəyirsə bu matçda qalib gəlməlidir. Ötən tur “Jirona”ya uduzan “Barsa”nın bu dəfə uğur qazanacağını düşünürəm. Beş əsas futbolçusu meydanda olmayacaq qonaqlar ən yaxşı halda heç-heçəyə ümid edə bilər.
Leççe – Udineze 2
Heyətdə çoxlu sayda problemləri olan “Udineze” A Seriyasında qalmaq uğrunda mübarizəni davam etdirir. Meydan sahibləri üçün bu oyun formal xarakter daşıyır. Bu mənada qonaqların şanslarını yüksək qiymətləndirmək olar.