“Real”da ciddi itki
“Real”da ciddi itki baş verib. Komandanın futbolçusu Vinisius Juniorun durumuna aydınlıq gəlib.
23 yaşlı hücumçu 4-6 həftə meydanlardan kənar qalacaq. Braziliyalı futbolçunun ayağında əzələ qırığı aşkarlanıb. O, La Liqanın 3-cü turunun “Selta” ilə matçında (1:0) xəsarət alıb.