Sürpriz kupon – 26.04.2023
“Mançester Siti” – “Arsenal” 1
Bu qarşılaşmada böyük ehtimalla cari mövsümün çempionunun taleyinə aydınlıq gələcək. “Arsenal” mövsümboyu liderliyini qorumağa çalışsa da, fikrimcə, sonda gülən tərəf mançesterlilər olar. Mənə görə Quardiolanın komandası bu oyundakı qələbə ilə çempionluğun taleyini həll edəcək.
“Vest Hem” – “Liverpul” 2
“Liverpul”un yüksək potensialı olsa da, bu mövsümü aktivinə yaza bilməz.
“Vest Hem” isə Premyer Liqada gözləntiləri doğrultmasa da, avrokuboklarda hələlik uğurlu çıxış edir.
Yurgen Kloppun yetirmələri bu qarşılaşmada favoritdir və zənnimcə, 3 xal qazanmağı bacaracaq.
“Atletiko” – “Malyorka” 1
Hər iki komanda üçün ciddi motivasiya qalmayıb. “Atletiko” ÇL-ə vəsiqəni demək olar ki, təmin edib. “Malyorka” isə La Liqada yerini qorumağı bacarıb. Paytaxt təmsilçisi doğma azarkeşləri qələbə ilə sevindirəcək gücdədir.