Fülkruq “Borussiya”ya keçir
Almaniya millisinin futbolçusu Niklas Fülkruq klubunu dəyişməyə yaxındır. “Verder”in 30 yaşlı hücumçusu Mönhenqladbax “Borussiya”sına keçə bilər.
Transferin yayda reallaşacağı gözlənilir. Bremen klubu forvard üçün 20-25 milyon avro almaq istəyir. Hücumçu İtaliya və İngiltərədən də təkliflər alıb.
DÇ-2022-nin üç oyununda 2 qol vuran Fülkruq Bundesliqanın 28 matçında 16 dəfə fərqlənib.