Günün kuponu – 09.05.2024
Bayer Leverkuzen – Roma QOL/QOL
İlk matçda səfərdə 2:0 hesablı qələbə qazanan Xabi Alonsonun yetirmələri Bundesliqada çempionluğu təmin edib, Almaniya kubokunda isə finalda aşağı liqa təmsilçisi “Kayzerslautern”lə qarşılaşacaq. Leverkuzenlilərin hazırda ən böyük hədəfi Avropa Liqasıdır. İlk matçdakı hesabdan sonra “Roma”nın məğlubiyyətsiz seriyaya davam edən rəqibini yarışdan kənarlaşdırması möcüzəyə bərabər görünür. Daniele De Rossinin komandası var-gücünü ortaya qoyacaq. Nəticədə ən azı 1 qol vuracaqlarını düşünürəm. Meydan sahibləri isə “BayArena”ya toplaşan tərəfdarlarını qolla sevindirməyə borcludur.
Atalanta – Marsel 1
Avropa Liqasınının əsas favoriti kimi görülən “Liverpul”u turnirdən kənarlaşdıran “Atalanta” sonuncu dəfə bir oyunda məhz Premyer Liqa təmsilçisinə uduzub. “Marsel”in işləri isə bu mövsüm heç də yaxşı getmir. Berqamolular səfərdəki 1:1 hesablı heç-heçədən sonra finala vəsiqəni evdə təmin edib azarkeşlərini sevindirməlidir.
Olimpiakos – Aston Villa 2.5 ÜST
Səfərdə sensasiyalı qələbə qazanan yunanlar fantastik azarkeş dəstəyi ilə daha bir parlaq oyun ortaya qoya bilər. “Aston Villa” isə ilk matçdakı məğlubiyyətə rəğmən asanlıqla təmsil olmayacaq. Bol qollu qarşılaşma gözləyirəm.