Tçuameni “Real”a lazım olmadı

Tçuameni “Real”a lazım olmadı

“Real” Aurelien Tçuamenini satışa çıxarıb. Madrid təmsilçisi ötən yay “Monako”dan 80 milyon avroya aldığı futbolçunun çıxışından narazı olduğu üçün belə qərar verib.

İspanlar Fransa millisinin üzvünü “Mançester Yunayted”ə gedən Kazemironun əvəzedicisi kimi görsələr də, yarımmüdafiəçi ümidi doğrultmayıb. “Kral klubu” məhz bu səbəbdən 23 yaşlı Tçuamenini yaxşı təklif gələcəyi halda buraxmağa hazır olduğunu bəyan edib.

Aurelien bu mövsüm bütün yarışlarda 39 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib. Futbolçunun “Real”la 2028-ci ilə qədər müqaviləsi var.

ETOPAZ

Əvvəlki yazı

Fülkruq “Borussiya”ya keçir

Növbəti yazı

“Mançester Siti”də ayrılıq