”Sabah” yarımfinala üstün başladı
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının pley-off yarımfinal oyunlarına start verilib. Yarımfinal mərhələsində, “Sabah” və “Xırdalan” komandaları arasında seriyanın 1-ci oyunu baş tutub.
Matçın əvvələrindən üstünlüyü ələ keçirən “Sabah” yekunda 101-85 hesablı rahat qələbə qazanıb. Bu qələbə ilə “bayquşlar” seriyanın ümumi hesabında 1:0 önə keçib.
Ən məhsuldar basketbolçular: “Sabah” (Kivon Devenport – 24 xal, 3 ribaund), “Xırdalan” (Teyvion Körk – 27 xal, 9 asist).