Günün kuponu – 26.04.2023
“İnter” – “Yuventus” – “İnter” mərhələni keçəcək
İlk matçdakı heç-heçədən sonra “İnter”in finala yüksəlmək şansları xeyli artıb. Komanda hazırda yaxşı formadadır və son 5 oyundan yalnız birində uduzub. “Yuventus”a A Seriyasında 15 xal qaytarılsa da, “Qoca sinyora” gözləntiləri doğrultmur. İlk matçda son saniyələrdə qaçırılan qələbə də bunun göstəricisidir.
“Nottinqem Forest” – “Brayton” – ALT 3.5
“Nottinqem Forest” 4 oyundur uduzur və Çempionşipə doğru inamla irəliləyir.
Daha güclü “Brayton” da qeyri-sabit qrafik cızır. Məhsuldarlıqları ilə seçilməyən komandalar çətin ki, bu oyunda 3 dəfədən çox fərqlənsinlər.
“Çelsi” – “Brentford” – 3.5 ALT
Frenk Lempard da “Çelsi”ni böhrandan çıxara bilmədi. Komanda uduzmağa davam edir və qol vurmaqda çətinlik çəkir. Hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan “Brentford”dan da qol yağışı gözləmək sadəlövhlük olar.