Sürpriz kupon – 25.10.2022

Sürpriz kupon – 25.10.2022

“Leytsiq” – “Real Madrid” QOL/QOL
“Şaxtyor” “Leyptsiq”i qarabaqara izlədiyindən Almaniya klubu üçün çox vacib oyundur. Amma şübhəsiz ki, “Real” hər zaman Çempionlar Liqasının favoriti hesab olunur.
Karlo Ançelottinin komandası El Klasiko da daxil olmaqla son 3 görüşdə 9 qol vurub.
“Leyptsiq” isə son 3 görüşdə (bura “Hamburq”la kubok oyunu da daxildir) rəqiblərinin qapısından 10 top keçirib.
“Qızıl top”un sahibi Kərim Benzema və əla formada olan Federiko Valverdenin bu oyunu buraxacaqları gözlənilir. Kurtua artıq heyətə qayıdıb və “Sevilya” ilə matçda qapını qoruyub.

“Dinamo” (Zaqreb) – Milan” QOL/QOL
Dörd oyundan sonra hər iki komandanın 4 xalı var. Ümumiyyətlə, qrupda vəziyyət elədir ki, sonuncu yeri tutan Xorvatiya klubu da pley-offa vəsiqə qazana bilər. İtaliyada keçirilən görüşdə “Milan” 3:1 hesabı ilə qələbə qazanmışdı.
“Çelsi” ilə oyunda qırmızı vərəqə alan Tomori “Maksimir”də komandasına kömək edə bilməyəcək. “Monza” ilə matçda dubl edən Brahim Diazın da meydana çıxması sual altındadır.

PSJ – “Makkabi Hayfa” ÜST 2,5
Heyətində Mbappe, Neymar, Messi kimi hücumçuları olan komandanın qol vurmaqla bağlı problemləri olmamalıdır. Xüsusən də “Makkabi Hayfa” kimi rəqiblə görüşdə. Paris klubu öz meydanında böyük hesabla qələbə qazana bilər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 25.10.2022

Növbəti yazı

Modriç 5-ci turu buraxacaq