Modriç 5-ci turu buraxacaq
“Real”ın yarımmüdəfiəçisi Luka Modriç komandasının növbəti matçında iştirak etməyəcək. 37 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Leypsiq”lə matçını buraxacaq.
Madrid klubu xorvatiyalı oyunçunun bu görüşün iştirak ərizəsinə daxil edildiyini, lakin son anda adının siyahıdan çıxarıldığını bildirib. Bu qərarın səbəbləri barədə məlumat yoxdur.