Günün kuponu – 25.10.2022

Günün kuponu – 25.10.2022

“Sevilya” – “Kopenhagen” 1
“Sevilya” qrupda 3-cü yeri tutub Avropa Liqasına getmək üçün bu matçda qalib gəlməlidir. Sampaolinin komandası La Liqanın son turunda Madriddə “Real”a uduzdu – 1:3. Reallığı qəbul edən azarkeşlər bu məğlubiyyəti başa düşür. Amma “Kopenhagen”lə görüşdəki xal itkisini heç kim qəbul etməyəcək.
Hər iki komandanın düşərgəsində zədəli futbolçular çoxdur. Danimarkada keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşmışdı.

“Borussiya Dortmund” – “Mançester Siti” QOL/QOL
Hər iki komanda demək olar ki, pley-offa vəsiqəni təmin ediblər. Qvardiola ötən tur Haalanda istirahət verdi və “Kopenhagen”lə görüşdə çətinliklə 1 xal qazandılar – 0:0.
Ola bilər ki, bu oyunda da məşqçilər bəzi futbolçuların dincəlməsinə şərait yaratdılar.
“Kopenhagen”lə görüşdə qırmızı vərəqə alan Serxio Qomes “Siti”yə kömək edə bilməyəcək. Almaniya klubunda da zədəli futbolçular çoxdur.
“Borussiya”nı “Siti” ilə matçdan sonra Bundesliqada “Ayntraxt”la çətin oyun gözləyir.
Məncə, bol qollu bir qarşılaşma ola bilər.

PSJ – “Makkabi Hayfa” 1
İsrail klubu ötən tur öz meydanında “Yuventus”u məğlub etsə də, bu görüşdə aşkar favorit PSJ-dir. Fransızlar “Benfika” ilə qrup 1-cisi olmaq uğrunda mübarizə apardığından onlar üçün əhəmiyyətli oyundur. Paris təmsilçisində Marko Veratti cəzalıdır, zədəli Danilo da böyük ehtimalla meydana çıxmayacaq.
Amma bu itkilərə rəğmən də heyəti çox güclü olan PSJ-nin doğma divarlar arasında elə bir çətinlik çəkməyəcəyini düşünürəm.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Mbappenin yeni müqaviləsi

Növbəti yazı

Sürpriz kupon – 25.10.2022