Sürpriz kupon – 22.04.2024
Sivasspor – Fənərbağça 2
Superliqada iki nəhəngin mübarizəsi davam edir. “Fənər” birinci pillədəki Cim Bomdan 2 xal geri qalır. Sarı lacivərdlilər ötən turlarda əzəli rəqibi “Qalatasaray”a uduzdu (0-3). Ardınca avrokuboklarla vidalaşan qonaqların səfərdə bəraət almağa çalışacaqlarını fikirləşirəm.
Farense – Benfika ÜST2.5
Portuqaliya çempionatında ortalarda qərarlaşan “Farense” lideri izləyən “Benfika”nı qəbul edəcək. Avropa Liqasında “Marsel”ə uduzan “Benfika” indi bütün diqqətini ölkə çempionatına yönəldəcək. Bu oyunda qonaqların inamlı qələbəsinə inanıram. Cəmdə matçda 3 qol olacağını düşünürəm.
Kartagena – Oyvedo 2
“Oyvedo” “Xixon”la eyni xala malikdir. Demək olar ki, La Liqaya qayıtmaq uğrunda əsas mübarizənin bir addımlığındadır. Məhz bu səbəbdən qonaqlar son turlara çox ciddi yanaşır. Xal itkisi “Oyvedo”nu turnir cədvəlində mövqeyinə təsir edəcək. Səfərdə qonaqların qələbəsinə 2.25 əmsalı təqdim olunub. Riskli olsa belə “Oyvedo”nun uğuruna mərc gəlirəm.