Günün kuponu – 22.04.2024

Günün kuponu – 22.04.2024

Roma – Bolonya QOL/QOL
A seriyasında 4-5-ci yerlərdə qərarlaşan komandaları bir-birindən 4 xal ayırır. Üstəlik “Roma”nın ehtiyatda bir oyunu var. Paytaxt klubu qələbə qazanmaqla fərqi 1 xala endirəcək. Cari mövsüm inamlı təsir bağışlayan “Bolonya”nın səfərdə asanlıqla təslim olacağını düşünmürəm. Ona görə qol/qol seçimi daha real görünür.

Milan – İnter ÜST2.5
A seriyasında turun mərkəzi görüşü. Neradzura lider mövqeyində rahatdı. Çünki “Milan”ı 14 xal qabaqlayır. Statistikaya əsasən son 18 ayda baş tutan bütün duellərdə “İnter” qələbə qazanıb. Ardıcıl beş oyunda “Milan”ı üstələyən “İnter” hətta Çempionlar Liqasında da rossonyerlərə şans verməyib. Bu oyunda məhsuldar nəticə qeydə alınacağını düşünürəm.

Sevilya – Malyorka 1X
La Liqada mövsümün uğursuzlarından olan “Sevilya” son 2 turu qələbəylə başa vurub. 13-cü pillədə qərarlaşan meydan sahiblərin cari mövsüm heç bir iddiaları yoxdur. Son 3 tur qələbəyə həsrət olan “Malyorka”nın heyətlə bağlı problemləri var. Bu oyunda “Sevilya”nın uduzmayacağına inanıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Ferstappen yenidən zirvədə

Növbəti yazı

Sürpriz kupon – 22.04.2024