Ferstappen yenidən zirvədə

Ferstappen yenidən zirvədə

Formula-1 üzrə dünya çempionatında Çin Qran-Prisinə yekun vurulub. Şanxay avtodromunda Maks Ferstappen finiş xəttini birinci keçib.

“Red Bull” pilotu 5-ci yarışda 4-cü dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Niderlandlı sürücü “Maklaren”dən Lando Norris və komanda yoldaşı Serxio Peres qabaqlayıb.

Bu qələbədən sonra Ferstappen 110 xalla sürücülər yarışına başçılıq edir. Serxio Peresin 85, Şarl Leklerin 76 xalı var.

ETOPAZ

Əvvəlki yazı

Sarriyə iki müştəri

Növbəti yazı

Günün kuponu – 22.04.2024