Sürpriz kupon – 22.03.2023
Norveç (U-19) – Rumıniya (U-19) – 2,5 ALT
AVRO-2023-ün seçmə mərhələsinin elit-raundunda bu komandaların qrupda Fransa və Şimali İrlandiya kimi rəqibləri də var. Hər iki komanda qrupa məğlubiyyətsiz başlamaq iddiasındadır. Bu səbədən daha çox ehtiyatlı oyuna üstünlük verəcəklərini düşünürəm.
İslandiya (U-19) – Türkiyə (U-19) – 2,5 ÜST
AVRO-2023-ün seçmə mərhələsinin elit-raundunda mübarizə aparan bu komandaları İngiltərə və Macarıstanla bir qrupda yer alıb. Qrupun oyunlarına İngiltərə ev sahibliyi edir. Qrupdan bir komanda çıxdığından amansız mübarizə gedəcəyi şübhə doğurmur. Türkiyə və İslandiyanın U-19 milliləri indiyədək 5 dəfə qarşılaşıb və bütün oyunlar 2,5 üst bitib. Ənənənin bu dəfə də davam edəcəyini düşünürəm.
“Mansfild” – “Qrimsbi” – cüt şans X2
İngiltərə 2-ci liqasının 22-ci turdan təxirə salınan oyunu. “Mansfild” bu oyunu qazanarsa, 1-ci liqaya vəsiqə verən ilk “altılığ”a düşəcək. Ona görə normalda onların qələbəsinə mərc etmək lazımdır. Amma bu görüşdən sürpriz nəticə gözləyirəm. Fikrimcə, “Qrimsbi” bu qarşılaşmada uduzmayacaq.