Hocson Premyer Liqaya qayıtdı
İngiltərənin “Kristal Pelas” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Baş məşqçi vəzifəsinə Roy Hocson təyin olunub. O, istefaya göndərilən Patrik Vieyranı əvəzləyib. Hocsonla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 75 yaşlı mütəxəssis 2017-21-ci illərdə də “Kristal Pelas”ı çalışdırıb.