Günün kuponu – 22.03.2023
Serbiya (U-19) – Latviya (U-19) – 1
Komandalar gələn il keçiriləcək 19 yaşlılar arasında Avropa çempionatına vəsiqə uğrunda mübarizə aparır. Elit-raundda qrupda 4 komanda yer alır və yalnız 1-ci yeri tutan yığma növbəti seçmə mərhələyə vəsiqə qazanır. Serbiya, Latviya, İsrail və Polşanın yer aldığı bu qrupun bütün oyunları Polşada keçiriləcək. Serblər daha çətin rəqiblərlə oyunlar öncəsi xal qazanmaq üçün Latviyaya qalib gəlməlidir. Məncə, bunu bacaracaqlar.
“Veles Sarsfild” – “Sentral Kordoba” – 1ci hissə cüt şans 12
Argentinanın əsas liqasında 8-ci turun son matçı. “Veles Sarsfild” axırıncı 4, “Sentral Kordoba” isə son 3 oyunun hamısında qol vurub. Bu matçda tərəflərdən qol gözləyirəm. İlk yarının tərəflərdən birinin hesabda irəlidə bitirəcəyinə yaxşı əmsal verilir (1,71) və mən də bu varianta üstünlük verirəm.
İngiltərə (U-20) – Almaniya (U-20) – QOL/QOL
İngiltərə və Almaniya futbolda hansı müstəvidə – klub ya milli, əsas yığmalar, yaxud U-17, U-19, U-21, fərq etməz, üz-üzə gəlirsə, bol qol gözləməyə dəyər. Əsasən də hər iki komandanın qol vurmasını təxmin etmək olar. Mən də 20 yaşlılar arasında yoldaşlıq matçında qol/qol variantına üstünlük verirəm.