Sürpriz kupon – 19.05.2023
“Kadis” – “Valyadolid” QOL/QOL
Hər iki komanda təhlükəli durumdadır və xal hava-su kimi lazımdır. 34 oyundan sonra həm “Kadis”in, həm də “Valyadolid”in 35 xalı var. Təhlükəli zonada olan “Xetafe” onlardan 1 xal geri qalır.
Düzdür, bu matçdan sonra qarşıda hələ 4 tur var. Amma La Liqanı tərk etməmək üçün hər iki tərəf qələbəyə oynamaq məcburiyyətindədir.
“Valyadolid” son 4 görüşdə məğlubiyyətlə üzləşib.
“Kadis”in heyətində itkilər çoxdur, qonaqlar bundan istifadə edə bilər.
“Sassuolo” – “Monza” 1
7 oyundur uduzmayan “Monza” hardasa büdrəməlidir. Məncə, bu “Sassuolo” səfərində ola bilər. “Monza” sonuncu dəfə aprelin 2-də “Latsio”ya uduzub.
Turnir cədvəli baxımından oyunun heç bir əhəmiyyəti yoxdur. “Sassuolo” öz meydanında azarkeşləri üçün qələbəyə oynayacaq.
“Rid” – “Altax” 1
Hər iki komandanın 14 xalı var və Avstriya Bundesliqasında qalmaq uğrunda mübarizə aparırlar. Tərəflərə mütləq xal lazımdır.
Təxminən bir ay öncə “Altax”ın meydanında keçirilən görüşdə qalib müəyyən olunmamışdı – 1:1.
“Rid” dolu tribunalar önündə qələbə qazanmağa çalışacaq.