Günün kuponu – 19.05.2023

Günün kuponu – 19.05.2023

“Lion” – “Monako” QOL/QOL
Fransa çempionatının başa çatmasına 3 tur qalır. 4-cü yeri tutan “Monako” Çempionlar Liqasına vəsiqə verən 3-cü sıradakı “Marsel”dən 8 xal geri qalır. “Monako” yəqin ki, gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq.
“Lion”a gəlincə isə, komanda 56 xalla 7-ci yeri tutur. Loran Blanın rəhbərlik etdiyi “Lion” son 7 oyunun hamısında qapısından top buraxıb.
Bu rəqiblər arasında son iki görüşdə “Monako” qələbə qazanıb. Bu dəfə qol\qol variantı da mümkündür.

“Frayburq” – “Volfsburq” 1
“Frayburq” Çempionlar Liqasına vəsiqə qazanmağı çox arzulayır. Kristian Ştrayxın komandası 4-cü yeri tutan “Union Berlin”dən cəmi 3 xal geri qalır.
“Volfsburq” da hələ avrokuboklara vəsiqəni rəsmiləşdirməyib. 7-ci pillədəki “Bayer”in “Vofsburq”la xalları eynidir, ona görə də qonaqlar büdrəsə avrokubok zonasından kənarda qala bilərlər.
Birinci dövrədə “Volfsburq” öz meydanında “Frayburq”u darmadağın etmişdi – 6:0.
Meydan sahibləri həm də o biabırçı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

“Sassuolo” – “Monza” ÜST 2,5
Hər iki komanda üçün bu oyun ciddi əhəmiyyət kəsb etmir. “Monza” 7 oyundur ki, məğlub olmur.
“Sassuolo” isə 3 turdur qələləbə qazana bilmir.
Birinci dövrədə bu komandaların duelində qalib müəyyənləşməmişdi – 1:1.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Mükafata 7 iddiaçı

Növbəti yazı

Sürpriz kupon – 19.05.2023