Sürpriz kupon – 18.11.2023
Niderland – İrlandiya QOL/QOL
Niderland final mərhələsininin 1 addımlığındadı. Ronald Kumanın komandası bu oyunda qələbə qazanmaqla vəsiqəni rəsmiləşdirə bilər. Meydan sahiblərinə qalib gələcəyinə demək olar ki, şübhə yoxdu. Qonaqların bu qarşılaşmada ən böyük uğuru hücuma atılmış Niderlandı əks tutub qol vurmaq ola bilər.
Israil – Rumıniya 2
Rumınlar da bu qarşılaşmada qələbə qazanmaqla AÇ finallarına vəsiqəni təmin edə bilərlər. Bukmekerlər qonaqları az da olsa şanslı sayır. Zənnimcə, Edvard Yordeneskunun komandası öz gücünü yekun nəticədə əks etdirə biləcək.
Almaniya – Türkiyə Fora Almaniya (-1)
Bu komandaların qarşılaşması hər zaman prinsipial keçir. Yoldaşlıq qarşılaşması olmasına baxmayaraq bu dəfə də rəqiblərin var güclərini ortaya qoyacağını düşünürəm. Meydan sahiblərinin ən azı 2 top üstünlüklə qalib gəcəyini proqnozlaşdırıram.