Sürpriz kupon – 14.01.2023
“Herenven” – “Az Alkmaar” – QOL/QOL
Tərəflərin Herenvendə baş tutan əksər görüşlərində 2,5 üst və qarşılıqlı qollar qeydə alınıb. Matçın 1:1 bitmə ehtimalını da nəzərə alıb, 2,5 üst variantına çox güvənmirəm. Qol/qol isə fikrimcə, daha real görünür.
“Jirona” – “Sevilya” – cüt şans x2
“Sevilya” autsayderlər qrupundan çıxmaq üçün var gücü ilə çabalayır. “Jirona” onlar üçün uyğun rəqiblərdən sayılır. Aralarındakı 5 dueldən 4-də “Sevilya” qələbə qazanıb. Bu dəfə azı 1 xal qazanacaqlarını gözləyirəm. Oyun 2 variantına da inanıram.
“Mançester Yunayted” – “Mançester Siti” – QOL/QOL
Mançester derbisindən nə gözləmək olar? Bir tərəfdə ardıcıl 8 oyundur qələmə qazanan “Yunayted”, qarşısında da 3 gün əvvəl kubok matçında “Southempton”a sürpriz şəkildə (0:2) uduzan Qvardiolanın komandası. Lider “Arsenal” ın xal fərqini artırmaması üçün “Siti” qələbəyə oynayacaq. “Yunayted” isə əzəli və əbədi rəqibinə təslim olmaq fikrində deyil.