Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Günün kuponu – 14.01.2022
“Genk” – “Zulte Varegem” – 2,5 ÜST
“Zulte Varegem”in bəxti gətirməyib : çempionatın lideri ilə oyunu elə vaxta təsadüf edib ki, “Genk” 3 gün əvvəl kubok matçında öz meydanında “Antverpen”dən ağır məğlubiyyət alıb – 0:3. Jupiler Pro Liqada hazırda 18 komanda arasında 17-ci olan, çempionatda ən çox qol buraxan iki komandadan (19 tura 42 qol) biri “Zulte Varegem” çətin ki, “qəzəbli” liderin böyük hesablı qələbəsinə mane ola bilsin.
“Brayton” – “Liverpul” – QOL/QOL
Son 2 oyunda qələbə qazanan “Brayton”u öz evində məğlub etmək “Liverpul” üçün çətin olacaq. Son turda “Brentford” a uduzan (1:3) və Kubokda “Vulverhempton”a bata bilməyən (2:2) liverpullulardan bu görüşdə də ənənəvi hücum futbolunu gözləyirəm. 17 oyuna 32 qol vuran “Brayton” da böyük ehtimal rəqibinə “borclu qalmayacaq”.
“Marsel” – “Lorient” – 1ci hissə cüt şans 12
Bol qollu oyun olacağını düşünürəm. Matçın başa çatmasını gözləmədən elə ilk yarıya – tərəflərdən birinin fasiləyə hesabda üstün çıxacağına mərc edib, rahat oturmaq olar.