Fransa millisinin sabiq üzvü “Qarabağ”da

Fransa millisinin sabiq üzvü “Qarabağ”da

Azərbaycan çempionu “Qarabağ” qış fasiləsində ilk transferini rəsmiləşdirib. Bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Bölgə təmsilçisi Adama Diakabini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Sol cinah vingeri 2025-ci il iyunun 30-dək “Qarabağ” forması geyinəcək.

Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. O, karyerası ərzində Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 14.01.2023

Növbəti yazı

Ekvador millisində ayrılıq