Sürpriz kupon – 12.10.2022
“Napoli” – “Ayaks” QOL/QOL
Amsterdamda ağır zərbə (1:6) alan “Ayaks” qisas hissi ilə “alışıb-yanır”. Amma rəqib “Napoli”dir, A seriyasının hazırki lideri. Məncə, qarşılıqlı qollar bu oyunun “boynuna biçilib”.
“Bayer Leverkuzen” – “Porto” 2,5 ÜST
Tərəfinlərin ilk oyunu portuqalların 2:0 hesablı qələbəsi ilə bitib. Leverkuzendə daha məhsuldar matç olacağını düşünürəm. Çünki məğlub komanda qrupda sonuncu pilləyə yuvarlanacaq.
“Atletiko Madrid” – “Brügge” 2,5 ALT
3 matçın hamısını qazanan “Brügge” hələ qol buraxmayıb. Düzdür, Madrid səfəri onlar üçün çətin keçəcək. 1×2 variantı mənə görə bu oyunda daha risklidir. Ona görə 2,5 alt variantına üstünlük verirəm.