“Atletiko” Qrizmannın transfer hüquqlarını aldı
Antuan Qrizmannın taleyinə aydınlıq gəlib. “Atletiko” “Barselona”dan icarəyə götürdüyü futbolçunu birdəfəlik transfer edib.
Bunu Madrid klubunun rəsmi saytı açıqlayıb. 31 yaşlı hücumçu ilə müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. “Atletiko” bu keçidə görə 20 milyon avro təzminat ödəyəcək. Sözləşmədə Antuanın “Barselona”ya 4 milyon avro bonus qazandıra biləcəyi də qeyd olunub.