Günün kuponu – 12.10.2022
“Barselona” – “İnter” – 1
“Barsa” ən azı qrup 2-cisi olmaq şansını saxlamaq üçün bu matçı qazanmalıdır. Fikrimcə, Milandakı məğlubiyyətin əvəzini çıxa biləcəklər.
“Tottenhem” – “Ayntraxt” – QOL/QOL
Ötən həftə tərəflərin Frankfurtdakı görüşü qolsuz bitmişdi. Növbəti heç-heçə hər iki tərəf üçün risklidir. Cəmi 1 xal geri qalan “Marsel” “Sportinq”i məğlub etməklə hətta 1-ci sıraya belə yüksələ bilər. Ona görə bu matçdan hücum futbolu və qarşılıqlı qollar gözləyirəm.
“Reyncers” – “Liverpul” – 2
“Reyncers” 3 turda nəinki xal qazanmayıb, heç qol belə vurmayıb. İngiltərə çempionatında qeyri-sabit oynayan “Liverpul” ÇL-də də uğursuzluq yaşamaq istəmir. Qlazqoda qazanacağı qələbə Yurgen Kloppun komandasının növbəti mərhələ şansını artıracaq.