Sürpriz kupon – 12.08.2023
“Las Palmas” – “Malyorka” – 30-cu dəqiqəyə kimi qol – xeyr
La Liqada mövsümün açılış turu. Bu komandaların duelindı çox qol gözləmirəm. 1, maksimum 2 qol. Bəlkə də ümumiyyətlə hesab açılmadı. Qol vurulsa belə, bunun ilk yarım saatda olacağını düşünmürəm. Məncə, azı 30-cu dəqiqəyə qədər hesab açılmayacaq.
“Everton” – “Fulhem” – 1-ci hissə cüt şans 12
Bəlkə də bəziləri mövsümün açılış turunda bu komandalardan məhsuldar oyun gözləmir. Ola bilər. Amma intiusiyam deyir ki, bu görüşdə bir qol olsa belə, o ilk hissdə olacaq. Başqa sözlə, 1-ci yarını tərəflərdən biri hesabda irəlidə başa vuracaq.
“Arsenal” – “Nottengem Forest” 1-ci hissə künc zərbələri – 4,5 ÜST
Britaniya futbolunun əsas özəlliyi standart vəziyyətlər, cinah hücumları və künc zərbələridir. Güclü ya zəif olmağından asılı olmayaraq hər komanda oyunboyu azı 5-6 korner yerinə yetirir. Fikrimcə, bu matçda da ilk yarıda azı 5 künc zərbəsi vurulacaq.