Günün kuponu – 12.08.2023
PSV – “Utrext” -1-ci hissə cüt şans 12
Erediviziyada mövsümün ilk turu. İlk turlarda sensasiyalar da az olmur. Ona görə 1×2 variantlarından yayınaraq, 1-ci hissənin nəticəsinə mərc etməyi üstün tutdum. Məncə, fasiləyə qədər hesabdakı bərabərlik pozulacaq. Hansı komandanın xeyrinə olması fərq etmir.
“Zirə” – “Kəpəz” – 1
Hər iki komanda premyer liqaya qələbə ilə başlayıb. Özü də çempionluöa iddialı komandaları mığıub etməklə: “Zirə” “Qarabağ”ı, “Kəpəz” “Neftçi”ni. Amma “Zirə” hər baxımdan mövsümə daha hazırdır. Oyunçuların ustalıq səviyyəsi baxımından “Kəpəz”i üstələn Rəşad Sadıxovun komandası fikrimcə, Gəncə təmsilçisinə xal verməyəcək.
“Ayaks” – “Herakls” – 1-ci hissə künc zərbələri – “Ayaks”
“Ayaks” bu matçın aşkar favoritidir. Bir çox oyun komponentlərində rəqibini üstələyəcəyi gözləniləndir, o cümlədən də kornerlərin sayında. Fikrimcə, daha çox hücum edən tərəf olacağından “Ayaks” daha çox künc zərbəsi qazanacaq. Həm ilk yarıda, həm də bütün oyun ərzində.