Sürpriz kupon – 10.08.2023
“Valmiera” – “Partizani” QOL/QOL
Avrokuboklarda heç vaxt qarşılaşmayan komandaların oyununda aşkar favorit yoxdu. Albaniya təmsilçisi orta xətt oyunçuları sayəsində əksər matçlarda geridönüş etməyi bacarır. Fikrimcə oyun bərabərliklə yekunlaşacaq.
“Olimpiakos” – “Genk” ÜST2,5
Belçika çempionatının son turunda uduzan “Genk” diqqətini avrokuboklara yönəldib. Rəqibdən fərqli olaraq meydan sahiblərinin heyətində itkilər var. Son oyunları nəzərə alaraq Belçika təmsilçisinin duelin favorit olduğunu düşünürəm.
“Neftçi” – “Beşiktaş” QOL/QOL
“Jelezniçar” səddini asanlıqla adlayan Bakı təmsilçisi qara qartalların qarşısına yüksək əhvalda çıxacaq. Üstəlik 10 minə yaxın azarkeş “Neftçi”ni stadiondan dəstəkləyəcək. Adrian Mutunun gəlişindən sonra “Neftçi”də olan müsbət dəyişikliklər oyuna təsirsiz ötüşməyəcək.