Günün kuponu – 10.08.2023
“Sabah” – “Partizan” QOL/QOL
Avrokuoklarda debüt edən Azərbaycan təmsilçisi ikinci mərhələdə inamlı təsir bağışlayıb. Serbiya klubunun hazırda yaxşı günlər yaşamadığını nəzərə alaraq “Sabah”ın sərfəli nəticə əldə edəcəyini düşünürəm. Ən azı Murad Musayevin komandası Masazırda uduzmayacaq.
“Fənərbağça” – “Maribor” 1
Əvvəlki mərhələdə “Zimbru”nu üstələyən sarı lacivərdlilər bu matçın favoriti sayılır. Doğma meydanda “Fənər” qələbə qazanacaq gücdədir. Uzun müddət ev oyunlarında uduzmayan Türkiyə təmsilçisinin uğur qazanacağına inanıram.
“Rapid Vyana” – “Debretsen” ÜST2.5
Avstriya təmsilçisi yeni mövsümdə daxili çempionatda 2 oyuna 4 xal toplayıb. Qonaqlar isə Macarıstan birinciliyində bir oyun keçirib və qələbə qazanıb. Yay transfer dönəmində fəal olmayan macarların formalaşmış heyəti var. Vyana klubu isə hücumda çox effektli mübarizə aparır.