Sürpriz kupon – 08.10.2021
Estoniya – Belarus – X
Hər iki komanda son oyunlarında gözlənilməz nəticələrlə yadda qaldılar. Estonlar səfərdə Uelslə qolsuz bərabərə qaldılar, Belarus isə doğma divarlar arasında Belçikadan cəmi 1 top buraxdı – 0:1. Qeorqi Kondratyevin rəhbərlik etdiyi Belarus turnir cədvəlində Estoniyanı qabaqlasa da, pribaltikalılar 1 oyun az keçirib. Bu komandaların duellərində heç-heçə nadir hallarda qeydə alınır. Amma “sürpriz” deyiriksə, niyə də X gözləməyək?
Çexiya – Uels – qol/qol
Günün ən gərgin görüşlərindən biri Praqada keçiriləcək. Çexiya və Uelsin xalları eynidir – 7. Amma britaniyalılar 1 oyun az keçirib. Belçikanın bu qrupda 1-ci olacağı heç kimdə şübhə doğurmur. Çexiya və Uels isə 2-cilik üçün əlindən gələni edir. Uels öz meydanında keçirilən matçda minimal hesabla qələbə qazanmışdlı. Bu dəfə hər iki komanda 3 xal üçün oynayacağından qol/qola ümid bəsləyirəm.
Türkiyə – Norveç – qol/qol
Qardaş ölkənin komandası Ştefan Kuntzun rəhbərliyi altında ilk oyuna çıxacaq. Türkiyə son matçda Niderlanda 1:6 məğlub olduğundan almaniyalı mütəxəssis futbolçularla psixoloji baxımdan daha çox işləməli olacaq. G qrupunda hələ də heç nə aydın deyil.
Türkiyə səfərdə Norveçi 3:0 məğlub etsə də, oyundan sonra çox hadisələr baş verib. Skandinavlar revanş arzusundadır. Məncə, qol/qol burda pis variant deyil
Estoniya – Belarus – X (3.15)
Çexiya – Uels – QOL/QOL (2,15)
Türkiyə – Norveç – QOL/QOL (1.74)
Ümumi əmsal: 11,78