Günün kuponu – 08.10.2021
Kipr – Xorvatiya – 2
Zlatko Daliçin komandası Rusiya ilə qrupda 1-ci yeri tutmaq uğurunda mübarizə aparır. 4 xal toplayan Kipr isə qrupda sonuncu olmamaq üçün çalışır. Ada təmsilçisi öz meydanındakı görüşlərdə pis təsir bağışlamasa da, Xorvatiyaya qələbə daha vacibdir. Ona görə də qonaqların bu oyunda daha istəkli olacağını düşünürəm. İnanıram ki. Modriç və yoldaşları proqnozumuzun yanılmasına imkan verməzlər.
Latviya – Niderland – 2
Lui van Qal Niderland millisinin sükanı arxasına keçdikdən sonra “narıncılar” Türkiyə üzərində parlaq qələbə qazandılar. Hazırda G qrupunda Niderland və Norveçin 13, Türkiyənin isə 11 xalı var.
Latviya son oyunda səfərdə Monteneqrodan xal alsa da (0:0), qarşısına Dünya çempionatına vəsiqə qazanmağı məqsəd qoyan Niderlandı dayandırmaq onların imkanları daxilində deyil. Bu oyuna 2 mərc etməklə, riskdən uzaq oluruq.
Malta – Sloveniya – 2
Sloveniya DÇ-2022-nin seçmə mərhələsini elə də yaxşı keçirmir. Komanda 6 oyundan 7 xal yığaraq, Xorvatiya, Rusiya və Slovakiyadan geri qalır. Malta isə belə çətin qrupda 4 xal toplayaraq, turnir cədvəlində Kipri qabaqlayır.
Malta indiyədək bir dəfə də olsun Sloveniyadan xal ala bilməyib. Matyaj Kekin komandası seçmə mərhələdə qapıları möhkəm çırpmaq istəyir. Bunün üçün isə birinci sınaq Malta üzərində qələbə olardı.
Kipr – Xorvatiya – 2 (1.23)
Latviya – Niderland – 2 (1.07)
Malta – Sloveniya – 2 (1,46)
Ümumi əmsal: 1,92